Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb - FOTOLAR

5 Fevral 2026 11:01 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi, 4 ünvanında fiziki şəxs Gülü Ədalət qızı Cəfərquluyevaya məxsus “Uğurlu dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innnovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.