Son iki gündə güclü külək Bakıda 78 ağacı sındırıb - FOTOLAR

5 Fevral 2026 09:24 (UTC+04:00)

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.

Bu barədə SİA-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb.

Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.