Bakıda bir sıra yollarda endirilən sürət həddi bərpa edilib

5 Fevral 2026 09:00 (UTC+04:00)

Şaxtalı hava şəraiti səbəbilə paytaxtın Zığ dairəsi-Hava Limanı, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.