İkardi "Qalatasaray"da George Hacinin rekordunu qırdı

5 Fevral 2026 04:03 (UTC+04:00)

Qalatasaray"ın futbolçusu Mauro İkardi klub tarixinin ən yaxşı göstəricisinə imza atıb. 32 yaşlı hücumçu Türkiyə kubokunun 3-cü turunda "İstanbulspor"la görüşdə (3:1) fərqlənməklə nail olub.

İkardi "Qalatasaray"ın heyətində vurduğu qolların sayını 73-ə çatdırıb. Beləliklə, argentinalı oyunçu "Qalatasaray"ın əfsanələrindən olan George Hacinin rekordunu qıraraq klub tarixində ən çox qol vuran legioner olub.

Mətləb