Azərbaycan Kuboku: 1/4 final mərhələsi qolsuz heç-heçə ilə başlayıb

4 Fevral 2026 18:57 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

SİA xəbər verir ki, açılış matçında “Zirə” səfərdə “Sumqayıt”ın qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Günün digər oyununda “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü fevralın 5-də keçiriləcək.