...İndoneziya ABŞ-ın yaratdığı qondarma “Sülh şurası”nın faktiki fəaliyyəti Fələstinin müstəqilliyini dəstəkləmək və Qəzza zolağını yenidən qurmaq kimi bəyan edilmiş məqsədlərinə zidd olarsa, ondan çıxa bilər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə İndoneziya prezidenti Prabovo Subianto yerli dini liderlərlə görüşdə bildirib.
...Prezident açıq şəkildə deyib ki, İndoneziya şuranın qərarları bizim mövqeyimizə zidd olarsa, onları dəstəkləməyə bilər. Bundan əlavə, vəziyyət dəyişdirilə bilməsə, o, ölkəni “Sülh Şurası”ndan çıxarmağa hazırdır.
Bunu İndoneziya Üləma Şurasının sədr müavini Çolil Nafis bildirib.
Onun sözlərinə görə, dövlət başçısı görüş zamanı İndoneziyanın “Sülh Şurası”nda iştirakının "şərtsiz" olmadığını açıq şəkildə bildirib.
...Qeyd edək ki, Rusiya və bir sıra digər ölkələr hələ də ABŞ prezidenti Donald Trampın şuraya qoşulmaq dəvətini qəbul etməyiblər.
Kreml əvvəllər təklifi araşdırdığını bildirmişdi. Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov "Sülh Şurasının nizamnaməsini" "qəribə sənəd" adlandırmış və qeyd etmişdi ki, onun fəaliyyəti Vaşinqtonun əvvəllər bildirdiyi kimi, heç bir halda Qəzza sülh prosesi ilə məhdudlaşmır. Nizamnaməsinə əsasən, “şura”nın fəaliyyət dairəsi daha genişdir və Qəzzadan ümumiyyətlə bəhs edilmir.
Əli Babayev