Bakının Nizami rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 02-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində onun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.