Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbir keçirilir.
SİA xəbər verir ki, tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, imtahan rəhbərləri və nəzarətçi müəllimlər iştirak edirlər.
Tədbirdə imtahanların idarəedilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilən məsul şəxslərin, o cümlədən zal nəzarətçiləri və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsi ilə bağlı məlumat verilir.
Eyni zamanda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçiləri mükafatlandırılır.