Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

4 Fevral 2026 13:09 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

ADY-dən SİA-ya bildirilib ki, bu istiqamətlər üzrə gündəlik vətəndaşlar Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.