Bakı sakini dəm qazından boğularaq ölüb

4 Fevral 2026 11:50 (UTC+04:00)

Bakı sakini dəm qazından boğularaq ölüb.

SİA-nın məlumatına görə, hadisə ötən gün paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.