Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın bölgə müxbiri xəbər verir ki hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-ci il təvəllüdlü M.Süleymanovanı vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.