"Araz-Naxçıvan" futzal klubu sabiq oyunçusu Amirhossein Rasoulini yenidən heyətinə qatıb.
Bu barədə SİA-ya klubun mətbuat xidmətindən bildirilib.
İranlı futzalçı ötən il də Naxçıvan təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 25 xalla Azərbaycan Yüksək Liqasının turnir cədvəlinə başçılıq edir.