Azərbaycan Basketbol Liqası: XVI tura bu gün start verilir

4 Fevral 2026 09:29 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında XVI tura bu gün start veriləcək.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

"Lənkəran" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Görüş Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" B qrupunda 20 xalla beşinci, "Lənkəran" 19 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.