Gəncədən gələn tələbə Bakıda itkin düşdü

4 Fevral 2026 02:03 (UTC+04:00)

Gəncə Dövlət Aqrar Universitetinin tələbəsi Bakıda itkin düşüb. Belə ki, 19 yaşlı Vasif Elnur oğlu Abidinovdan bir neçə gündür xəbər yoxdur.

Vasif Abdinov Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınlarına qonaq gedib. Hazırda onun axtarışları davam edir.

Mətləb