Burnu sınan futbolçu oyunlara maska ilə çıxacaq

4 Fevral 2026 00:24 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasının 23-cü turunda, "Udineze" ilə keçirilən oyunda (0:1) zədələnən "Roma"lı futbolçu Canluka Mançinidən xəbər var. "Sky Sport Italia" nəşrinin yazdığına görə, matçın ilk hissəsində burnu sınan 29 yaşlı futbolçu görüşü sonadək davam etdirib. C. Mançini əməliyyat olunub və qarşıdakı oyunlarda qoruyucu maska ilə çıxış edəcək.

Mətləb