"Ölkənin yenidən qurulması..." - Ərdoğandan Suriya AÇIQLAMASI

4 Fevral 2026 02:14 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşdə Suriyanın ərazi bütövlüyünün qorunmasının təkcə Türkiyə üçün deyil, bütün region üçün faydalı olacağını bildirib.

"Haber Global" bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, R.T. Ərdoğan "Türkiyə Suriyada sabitliyi dəstəkləyəcək, ölkənin yenidən qurulması üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək"-deyə qeyd edib.

Mətləb