"Apokalipsis” filmi və “Narko: Meksika” serialı ilə tanınan meksikalı aktyor Xerar do Tarasena vəfat edib. SİA-nın məlumatına görə bu barədə Meksika Kino İncəsənəti və Elmləri Akademiyası məlumat yayıb. 55 yaşlı aktyorun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Xerar kino karyerası 80-dən çox rolu əhatə edib. O, “Qorxu gölü: Mövcudluq”, “Skripka”, “Adsız”, “Azadlığın səsi” kimi filmlərdə və “Cənubun kraliçası” serialında da rol alıb.
Mətləb