SSRİ-nin əfsanəvi diktoru vəfat etdi

3 Fevral 2026 22:12 (UTC+04:00)

Rusiyalı diktor, sovet dövrünün tanınmış televiziya aparıcısı, RSFSR-in əməkdar artisti Svetlana Jiltsova 89 yaşında vəfat edib.

S. Jiltsova uzun illər SSRİ televiziyasının ən baxımlı proqramlarında diktor və aparıcı kimi çalışıb. O, “Spokoynoy noçi, malışı!”, “Pesnya qoda” kimi reytinqli verilişlərin simalarından biri olub.

Televiziya tarixində isə ən çox KVN proqramının aparıcılarından biri kimi tanınıb və bu layihə ilə geniş auditoriyanın yaddaşında qalıb.

Mətləb