ABŞ və İran arasında gərginlik pik həddə çatıb. Belə ki, ABŞ hərbi qüvvələri İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Məlumatlara görə, insident ABŞ qüvvələrinin nəzarətində olan hava məkanına yaxın ərazidə baş verib. Rəsmi Vaşinqton PUA-nın təhlükə yaratdığını bildirərək müdaxilənin “özünümüdafiə” məqsədi daşıdığını açıqlayıb. İran tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi mövqe ortaya qoymayıb.
Mətləb