SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) beynəlxalq əmək bazarı üçün kadr hazırlığını genişləndirir.
SİA xəbər verir ki, bu barədə BANM-dən məlumat verilib. Qeyd olunub ki, dünya bazarının tələblərinə cavab verən, yüksəkixtisaslı mühəndis kadrların hazırlanması BANM üçün prioritet istiqamətlərdən biridir. Bu mütəxəssislərə təkcə Azərbaycanda deyil, beynəlxalq əmək bazarında da ciddi ehtiyac var. Bu məqsədlə BANM gələcək planlarında Afrika və Asiya ölkələri üçün kadr hazırlığında fəal rol almağı nəzərdə tutur. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Belə ki, Özbəkistanda ikili diplom proqramları həyata keçirilir, Konqoda və Afrikanın digər ölkələrində isə BANM-in fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.