Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın başlayıb.
Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.