"Bu, görülən işlərə yeni məna verəcək" - ŞƏRH

3 Fevral 2026 15:05 (UTC+04:00)

"İnsanı azad, xoşbəxt, rahat və bəxtiyar görmək bəşəri amaldır. Böyük insanlar, rəhbərlər daim bu amal uğrunda mübarizə aparıblar. Ulu Öndər Heydər Əliyevin həyat salnaməsi, keçdiyi yol, cənab Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar insanlara göstərilən qayğı və diqqət bu gün dünyaya nümunədir. Dünyada baş verən hadisələr, müharibələr, insanların fəlakətlərlə qarşılaşması insanları ciddi düşündürür. Buna görə də bəşəri amallara söykənən liderlər dünyanı sözügedən problemlərdən qurtarmaq uğrunda ciddi mübarizə aparırlar. Dövlət başçısı cənab İlham Əliyev də bu mübarizənin ön sırasındadır".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycanda keçirilən mötəbər tədbirlər də məhz sülhə, tolerantlığa, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir: "Bu ilin “Şəhərsalma və Memarlıq İli” kimi qeyd olunması da məhz diqqətdən qaynaqlanır. Ölkə rəhbərinin həyata keçirdiyi tədbirlər Azərbaycan vətəndaşının rifahı, sabahı və gələcəyi üçündür. Müsbət haldır ki, bu addımlar vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir.

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də ali məqsədlərdən irəli gəlir və strateji xarakterlidir. Çünki müasir infrastrukturun qurulması, şəhərlərin inkişafı, el-obamızın mədəniləşməsi insanların rahatlığı üçündür və çox əhəmiyyətlidir. Bu istiqamətdə çox mühüm işlər görülür.

İri şəhərlər olan Bakı, Gəncə və Sumqayıt, eləcə də digər şəhər və rayonlarımız abadlaşır. Həmçinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi müasir layihələr əasında həyata keçirilir. Görülən işlər həm insanların rahatlığı, həm də ekoloji balansın qorunması üçün dəyərlidir. 2026-cı ilin may ayında Bakıda keçiriləcək beynəlxalq WUF13 tədbiri də şəhərsalma ilə əlaqədar yeni perespektivlərin qarşıya qoyulması baxımdan vacib hesab edilir. Bu möhtəşəm tədbir Azərbaycanın dünyada nüfuzunun yüksəlməsi baxımından da vacibdir. Tədbirlə əlaqədar olaraq Bakıda çox sayda qonaqların olması və onların ölkədə gedən quruculuq işləri ilə tanış olmaları görülən işlərə yeni məna verəcək və ölkəmizi bir daha şöhrətlənəcək".

Günay Hacıyeva