Parisdəki "Böyük Dəbilqə"də Azərbaycanı səkkiz cüdoçu təmsil edəcək

3 Fevral 2026 11:30 (UTC+04:00)

Fevralın 7-8-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycanı 8 cüdoçu təmsil edəcək.

Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Ölkə nüfuzlu yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.

Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.