Ukrayna İİKK-nı terror təşkilatı elan edib

3 Fevral 2026 10:43 (UTC+04:00)

Vladimir Zelenski qeyd edib ki, Avropa İttifaqı da oxşar qərar qəbul edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) terror təşkilatları siyahısına əlavə edib. Vladimir Zelenski bunu öz Telegram kanalında açıqlayıb.

"Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu [təşkilat] kimi tanımaq qərarına gəlib. Hazırda Avropa prosedurları davam edir. Biz Ukraynada artıq belə bir qərar qəbul etmişik və bu təşkilatı terrorçu kimi tanımışıq; bizim üçün bu məsələ bağlanıb", - deyə o bildirib.

29 yanvarda Avropa diplomatiyasının rəhbəri Kaja Kallas X-də bildirib ki, AB xarici işlər nazirliklərinin rəhbərləri "İİKK-nı terrorçu təşkilat kimi tanımaqla qətiyyətli addım atıblar".

Bu addım avtomatik olaraq İranın "Cavab Tədbirləri" qanununun 7-ci maddəsini aktivləşdirib və bu maddəyə əsasən respublika hakimiyyəti artıq AB dövlətlərinin silahlı qüvvələrini də terrorçu strukturlar kimi tanıyır. İran Xarici İşlər Nazirliyi İslam Respublikasında akkreditə olunmuş bütün AB ölkələrinin səfirlərini etiraz etmək üçün çağırıb.