"TikTok"da əxlaqsızlıq yayan şəxs həbs edildi

2 Fevral 2026 23:20 (UTC+04:00)

"TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib.

Mətləb