Qazaxıstan hökuməti ikinci atom elektrik stansiyasının tikintisini təsdiqləyib

2 Fevral 2026 19:01 (UTC+04:00)

Qazaxıstan hökuməti Almatı vilayətinin Jambıl rayonunda ikinci atom elektrik stansiyasının tikintisini təsdiqləyib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, qərar Baş nazir Oljas Bektenov tərəfindən imzalandıqdan dərhal sonra qüvvəyə minib.

Xatırladaq ki, ötən ilin avqust ayında Almatı vilayətinin Jambıl rayonunun Ulken qəsəbəsində birinci AES-in tikintisi layihəsi üzrə işlərə başlanılıb.