Bakıda və Abşeron yarımadasında havanın fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayın 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.