Ölkənin birinci bankı Kapital Bank və birinci universiteti Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bununla da Kapital Bank daha bir ali məktəbləstrateji əməkdaşlığın əsasını qoyub. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev və BDU rektoru Elçin Babayev iştirak edib.
SİA xəbər verir ki, tədbirdə çıxış edən Cavid Mirzəyev bu əməkdaşlığı tarixi hadisə adlandırıb: “Ölkənin birinci bankı olaraq, qədim tarixə malik Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı daha böyük müstəvidərəsmiləşdirmək bizim üçün olduqca vacib hadisədir. Təhsilə dəstək Kapital Bank-ın sosial məsuliyyət layihələrinin ən vacib, strateji istiqamətlərindən biridir. Təcrübə göstərir ki, bu kimi əməkdaşlıqlar sayəsində tələbələrimiz praktiki biliklər əldə edir, gələcək karyeraları üçün vacib olan təcrübələri qazanır, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildəatılırlar. Biz isə peşəkar korporativ mühitə hazır olan gənclərlə əməkdaşlıq edə bilirik. Hazırda bankımızda 748 nəfər BDU məzunu çalışır. Onlardan 68-i isə rəhbər vəzifələrdə yer alır. Bu rəqəmlər BDU məzunlarının maliyyə sektorunda da kifayət qədər uğurlu kadrlar olduğunun göstəricisidir. Düşünürəm ki, BDU-nun təhsil metodikası Kapital Bank-ın təcrübəsi ilə birləşdikdəgənclərin inkişafı üçün daha geniş platforma yaranacaq”.
Rektor Elçin Babayev isə bu əməkdaşlığın tələbələrin əmək bazarına peşəkar kadr olaraq hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb: “Bizim fəaliyyətimizin prioritetlərindən biri dəuniversitet və işəgötürənlər, həmçinin biznes strukturları ilə əlaqələrin gücləndirilməsidir. Kapital Bank-la əməkdaşlığımız tələbələrimiz üçün uğurlu karyera yolunda yeni imkanlar açacaq. Burada təcrübə mübadiləsi, bankın peşəkar kadrları tərəfindən tələbələrə təlimlərin keçirilməsi, onların tədris prosesinə cəlb olunması kimi bir çox məqamlar yer alır. Nəticədə bütün bunlar tələbələrimizin rəqabətli əmək bazarında daha dayanıqlı mövqelərdə olmasına səbəb olacaq”.
İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetinin nəzdində müasir texnologiyalar vəavadanlıqlarla təchiz edilmiş, müasir standartlara cavab verən “Kapital Bank otağı”nın açılış mərasimi keçirilib. Mərasimdə Kapital Bank-ın menecer heyətində yer alan və BDU məzunu olan bank əməkdaşları öz təəssüratlarını bölüşüb, birgəəməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər.
Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri iləgündəmə gələn Kapital Bank-ın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft vəSənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetlərindədə “Kapital Bank” otaqları fəaliyyət göstərir ki, bu otaqlarda vaxtaşırı tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyən layihələr həyata keçirilir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinəvə ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.