Hərbi tribunallar və onların nəticələri - TƏHLİL

2 Fevral 2026 16:03 (UTC+04:00)

Yazılı mənbələrə istinadən demək olar ki, dünya yaranandan insanlar bir -birinə düşmən kəsilib. Öldürmək, yaralamaq, qarət və talançılıq etmək insanların əsas məqsədi, fəaliyyət istiqamətləri olub. Bu səbəbdən də yalnız 3 min illik dünya tarixində 14 mindən çox müharibə baş verib. Həmin müharibələrdə ümumilikdə 1 milyard 250 minə yaxın insan öldürülüb və ya yaralanıb. Baş verən müharibələrdə nəinki şəhər və qəsəbələr, hətta onlarla dövlət yer üzündən silinib. Müharibələrin başlanması üçün müxtəlif səbəblərin olması ilə yanaşı qısa və uzun müddətli savaşlar da olub. Son iki yüz il ərazində qeydə alınan ən qısa müharibənin İngiltərə-Zanzibar müharibəsi hesab olunur. 1896-cı ildə baş verən müharibə cəmi 45 dəqiqə sürüb və İngiltərənin qələbəsi ilə yekunlaşıb. İngiltərə ilə Siciliya arasında baş berən qarşıdurma 335 il davam edib və nəticə İngiltərənin xeyrinə olub. Növbəti uzunmüddətli müharibə 1338-1453 İngiltərə ilə Fransa arasında baş verib. İddialara görə müharibələrin yaranmasının bir səbəbi torpaq işğal etmək, daha çox var-dövlət əldə etmək olsa da, digər səbəbi insanların artmaqda olan sayını azaltmaqdır. Bəzi dünyanı idarə edən şəxslər müxtəlif formalarla insanların məhv edilməsinə çalışırlar. Elm, texnogiya inkişaf etdikcə insanların sayının azaldılması üsullarda dəyişir. Yəni fərqli metodlardan istifadə edilir. Dövriyyə COVID-19, GMO məhsullar və digər insanların məhvedilməsinə hesablanan xəstəliklər və qida məhsulları buraxırlar. Lakin insanlığın sıradan çıxarılması məsələsində ən əlverişli vasitə yenə də müharibələrdir. Çünki müharibələrlə insanları öldürməklə yanaşı silah-sursat satılır, torpaqlar işğal edilir və həmin ərazilərin sərvətləri ələ keçirilir. Tarixdə ən qanlı müharibələr isə birinci və ikinci dünya müharibələridir. Ümumilikdə hər iki müharibənin sonunda 90 milyon insanın öldürüldüyü, 140 milyon insanın isə sağlamlığından məhrum olduğu məlum olub. 1939-1945-ci illəri əhatə edən II Dünya Müharibəsinə 60-dan çox dövlət, ümumilikdə 1 milyard 700 milyon insan qatılıb. O dövrdə dünya əhalisinin sayı cəmi 5 milyard olub. Deməli, müharibədə bəşər əhlinin dörddə biri iştirak edib. Müharibə 50-yə yaxın ölkənin ərazisində gedib. Müharibədə 70 milyona yaxın insan həyatını itirib, 110 milyon insan yaralanıb və yaxud bu və ya digər dərəcədə əlillik qazanıb. Qanlı savaş faşist koalisiyası üzərində qələbəsi ilə nəticələndi. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzaladı. 1945-cı ilin 14 noyabrında isə alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nürnberq prosesi başlandı.

Faşistlər üçün qurulan beynəlxalq Nürnberq prosesi

Nürnberq prosesi Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Beynəlxalq Hərbi Tribunal tərəfindən aparılmışdır. Faşist Almaniyasının ali dövlət və hərbi xadimləri məhkəməyə verilmişdi. Onların hamısı sülhə və insaniyyətə qarşı sui-qəsd hazırlamaqda və həyata keçirməkdə ən ağır cinayətlər törətməkdə ittiham olunmuşdu. Bundan başqa, faşist Almaniyasının Nasional-Sosialist Partiyasının rəhbər heyəti, SA (hücumçu dəstələr), SS (NSP-nin mühafizə dəstələri), SD (təhlükəsizlik xidməti), gestapo (dövlət məxfi polisi), hökumət kabineti və baş qərargah kimi təşkilatların cinayətkar qurumlar hesab edilməsi məsələsi də qaldırılmışdı. Prosesin gedişində 403 açıq məhkəmə iclası keçirilmiş, 116 şahid dindirilmiş, çoxsaylı yazılı ifadələrə və sənədli sübutlara (əsasən, Almaniya nazirlikləri və baş idarələrinin, baş qərargahın, hərbi konsernlərin və bankların rəsmi sənədlərinə) baxılmışdır. İstintaq və ittihamın müdafiəsi üzrə fəaliyyəti əlaqələndirmək üçün əsas ittihamçılardan ibarət Komitə yaradılmışdı. Buraya SSRİ-dən R.Rudenko, ABŞ-dan Robert H.Cekson, Böyük Britaniyadan H.Şoukross, Fransadan F.de Menton (sonra Ş.de Rib) daxil idilər.1946-cı il sentyabrın 30-da və oktyabrın 1-də hökm oxunmuşdu. İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştreyxer, Frits Zaukel, Alfred Yodl, Artur Zeyss-İnkvart, Vilhelm Gerinq ölüm cəzasına məhkum olunmuşdular. Ümumiyyətlə, Beynəlxalq Hərbi Tribunal müharibədən sonra 30 mindən çox nasisti mühakimə etmişdir. Yaponiya cəlladlarına qarşı hərbi tribunal yaradılmışdır. 1946-ci ilin may ayında başlayan və 1948-ci ilin noyabrında yekunlaşan Uzaq Şərq beynəlxalq hərbi tribunalı tarixə Tokio prosesi kimi düşüb. Bu prosesə həm də Yaponiya Nürnberqi də deyilir. Məhz bu beynəlxalq tribunalda II dünya müharibəsində iştirak etmiş yüksək rütbəli yaponlar mühakimə ediliblər. Prosesi həyata keçirmək üçün 11 dövlətin nümayəndələrinin daxil olduğu xüsusi məhkəmə orqanı yaradılıb: SSRİ, ABŞ, Çin, Böyük Britaniya, Avstraliya, Kanada, Fransa, Hollandiya, Yeni Zelandiya, Hindistan və Filippin.

Tokio prosesinə təqsirləndirilən şəxs qismində Yaponiya imperiyasının yüksək hərbi və mülki rəhbərliyindən olan 29 nəfər cəlb edilib. Prosesin gedişində 818 açıq məhkəmə iclası keçirilib, tribunal 4356 sənəd qəbul edib, 1194 şahid ifadəsi dinlənilib.Yaradılmış xüsusi məhkəmə orqanına 11 dövlət daxil olsa da, prosesin gedişində əsas söz sahibi, məhkəmənin gedişinə təsir edə biləcək ölkə ABŞ olub. Prosesdə əsas prokuror qismində ABŞ Ədliyyə Nazirliyinin cinayət işləri üzrə direktoru, ABŞ baş prokurorunun müavini Cozef Kinan iştirak edib. Məhkəmə iclaslarının gedişində, ittihamların irəli sürülməsində, hökmlərin çıxarılmasında amerikalı prokuror digər həmkarları ilə hesablaşmayıb.

Fransa insanlıq əleyhinə cinayətlərin əsas təşkilatçısı olub

Tokio prosesində ittiham olunan 29 nəfərdən 7-sinə asılmaqla ölüm hökmü verilib. Bu siyahıya Yaponiyanın keçmiş iki baş nazirinin, Koki Xirota və Xideki Todzionun da adı düşüb. Bütün edamlar Suqamo həbsxanasının həyətində icra edilib. Məhkəmənin hökmü ilə 15 nəfərə ömürlük, 3 nəfərə isə 10-15 il azadlıqdan məhrumetmə cəzası verilib. İttiham olunanlardan iki nəfərə isə prosesin sonuna qədər yaşamaq qismət olmayıb. Onlardan biri psixoloji durumunda yaranmış problemlərdən ölüb, digəri isə intihar edib.Maraqlı məqamlardan biri odur ki, Tokio prosesində ömürlük və ayrı-ayrı müddətlərə azadlıqdan məhrum edilmişlərin üç nəfərindən başqa (həmin üç nəfər həbsxanada ölüb) digərləri artıq 1955-ci ildə azadlıqda olublar. Hətta onlardan ikisi Yaponiyada yüksək vəzifələr də tutublar. Mamoru Siqemitsu Yaponiyanın xarici işlər naziri, Okonori Kaya isə ədliyyə naziri olub.

Araşdırmalara əsasən sübuta yetirilir ki, Fransa insanlıq əleyhinə cinayətlərin əsas təşkilatçısı olub. Bu vandal dövlət işğal etdiyi Cibuti, Nigeriya, Çad, Mərakeş, Vyetnam, Tunis, Ruanda, Əlcəzair, Yeni Kaledoniya və digər ərazilərdə kütləvi qətliamlar həyata keçirib. Bu vəhşilər insan sümüklərini dünyaya nümayiş etdirməkdən çəkinmirlər. Hal-hazırda vəhşicəsinə öldürülən 20 minə yaxın insanın kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu azmış kimi Fransa işğal etdiyi ölkələrdə Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan istifadə edib. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət çəkirlər.

İnsanlığa qarşı cinayətlər İkinci Dünya müharibəsindən sonra da davam etdirilmişdir. Sovetlərin dağılması ilə paralel Yuqoslaviyada fəal qrupları, toplumları sıradan çıxarmaq üçün cəlladlar meydana çıxdı. Slobodan Miloşeviçin başçılığı ilə cəlladlar minlərlə insanı öldürdü, o minlərlə insan isə yaralandı. Lakin onların vəhşiliyi uzun çəkmədi. BMT-nin Müharibə Cinayətləri Məhkəməsi 27 may 1999-də Yuqaslaviya prezident Slobodan Miloşeviçə, Serbiyanın prezidenti Milutin Milutinovicə, Yuqoslaviya Baş nazirinin müavini Nikola Sainoviçə, Yuqoslaviya ordusunun baş qərargah rəisi Draqolyub Ojdaniç və Serbiyanın daxili işlər naziri Vlajko Stojiljkovicə qarşı cinayət işi qaldırıldı və onlar həbs olundular.

Xocalı Soyqırımını törədənlər mütləq cəzalarını alacaqlar

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Genosid cinayətinin hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilib. Həmin Konvensiyaya görə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır. Analoji normalar Yuqoslaviya beynəlxalq cinayət tribunalının Nizamnaməsində, Ruanda beynəlxalq cinayət tribunalının Nizamnaməsində və bir sıra dövlətlərin cinayət qanunvericiliyində, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində təsbit olunub. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində ermənilər tərəfindən dünyanı sarsıdan soyqırımı aktı törədilib. Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirmişdir. Faciə zamanı 1275 nəfər dinc sakin girov götürülmüş, 150 nəfər itkin düşmüş, 487 sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. 1993-cü il aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirilib. Azərbaycanın Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Bu xalqımıza qarşı törədilən növbəti soyqırımı aktdır. Bütün bu və digər vəhşiliklər erməni vandal toplumunun törətdiyi soyqırımı aktıdır. Haqlı olaraq 30 illik erməni işğalı zamanı azərbaycanlılara qarşı vəhşiliklər törətmiş erməni terrorçu dəstələrinin bəzi şəxsləri Azərbaycanın müzəffər ordusunun keçirdiyi aniterror əməliyyatları zamanı həbs ediliblər. Artıq onlara qarşı məhkəmə prosesi keçirilir. Əminliklə demək olar ki, Məhkəmə erməni hərbi – terrorçu dəstəsinin üzvləri olan Arutunyanın, Qukasyanın, Saakyanın və digərlərinin layiqli formada cəzalandırılması haqqında qərar qəbul edəcək. Digər cinayətkarlar, o cümlədən Koçaryan, Sarkisyan, Ohanyan da gec-tez həbs olunaraq məhkəmə qarşısına çıxarılacaqlar. Nəzərə almaq lazımdır ki, BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş "Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair belnəlxalq əməkdaşlıq prinsipləri"nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət var.

İLHAM ƏLİYEV