Ödənişli yolda baş verən qəzada iki nəfər ölüb

2 Fevral 2026 12:41 (UTC+04:00)

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, fevralın 1-i gecə saatlarında “Chevrolet” markalı avtomobil yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan iki sərnişin dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.