Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il yaz sessiyası üzrə ilk plenar iclası keçirilir.
SİA xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 16 məsələ daxil edilib.
Gündəliyə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi ilə bağlı Konstitusiya Qanunu layihəsi, normativ hüquqi aktlarla bağlı dəyişikliklər, Milli Məclisin yaz sessiyası üzrə qanunvericilik işləri planı, komissiyaların yaradılması, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin seçilməsi, həmçinin bir sıra beynəlxalq sazişlərin və konvensiyaların təsdiqi ilə bağlı qanun layihələri daxil edilib.
İclasda eyni zamanda sahibkarlıq, əmək, vergi, gömrük, bank, səhiyyə, büdcə sistemi, mühasibat uçotu, dövlət satınalmaları, patent və mülki dövriyyə ilə bağlı qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri birinci və ikinci oxunuşda müzakirə olunur.