Lənkəranda ev yanıb

2 Fevral 2026 09:27 (UTC+04:00)

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

SİA-nın verdiyi xəbərə görə, hadisə gecə saatlarında Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan 2 mərtəbəli evdə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Otaqda aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Qeyd edək ki, 2 mərtəbəli hər mərtəbəsi 200 kvadratmetr 6 otaqdan ibarət olan evin yanar konstruksiyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.