Birinci vitse-prezident Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib

2 Fevral 2026 09:19 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Gənclər Günü ilə bağlı paylaşım edib.

SİA xəbər verir ki, paylaşımda deyilir: "Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər".