"Qarabağ" transfer etmək istədiyi futbolçunu Bakıya gətirdi

2 Fevral 2026 01:14 (UTC+04:00)

Qarabağ" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır. Artıq Ağdam təmsilçisi Kiprin AEK klubunda çıxış edən Ceremi Qnalini heyətinə qatmaq üzrədir.

O, artıq Bakıdadır. Tərəflər bütün şərtlərdə razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

Mətləb