"Sabah" A qrupunda liderliyə yüksəlib

1 Fevral 2026 21:09 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında (ABL) XV turun görüşləri keçirilib.

SIA xəbər verir ki, bu oyunlarla çempionatda III dövrəyə yekun vurulub. A və B qruplarında baş tutan matçlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu

"Gəncə" - "Şəki" (95:80)

"Abşeron Lions" - "Sabah" (96:117)

NTD - "Neftçi" (82:98)

B qrupu

"Lənkəran" - "Ordu" (63:103)

"Sumqayıt" - "Sərhədçi" (94:98)

"Naxçıvan" - "Quba" (82:70)

Qeyd edək ki, XV turdan sonra A qrupunun vahid lideri "Sabah"dır.

B qrupuna isə "Ordu" başçılıq edir.

Azərbaycan Basketbol Liqasında (ABL) XVI turun görüşlərinə fevralın 4-də start veriləcək.