Ölkə ərazisinin bəzi yerlərində güclü külək əsir- FAKTİKİ HAVA

1 Fevral 2026 18:22 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin fevralın 1-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir.

SİA-nın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, küləyin maksimal sürəti arabir Yardımlıda 21, İsmayıllı və Qobustanda 20, Lerikdə 19, Kəlbəcər, Zəngilan və Daşkəsəndə 18, Gədəbəydə 16, Şəkidə 15 m/s-yə çatır.