Kəngərlidə qəza olub, 4 nəfər xəsarət alıb

1 Fevral 2026 18:02 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.