Dəniz buzlarının azalmasına baxmayaraq, Şpitsbergen arxipelaqında (...bu Norveçin ən şimal hissəsidir.-A.B.) yaşayan ağ ayılar, dörddə bir əsr əvvəlkindən daha sağlamdırlar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, Norveç Qütb İnstitutunun alimlərinin gəldiyi nəticədir.
Son 25 ildə ayılar buz üzərində təxminən iki ay az vaxt keçiriblər, lakin bu, onların fiziki vəziyyətinin pisləşməsinə səbəb olmayıb.
Alimlər qeyd ediblər ki, payızda dişilərin bədən çəkisi müəyyən bir həddən aşağı düşərsə, onların reproduktiv funksiyası azalır.
Nazlı Almuradova