Müğənni Yolka Ukrayna vətəndaşlığından imtina edib və...

1 Fevral 2026 19:54 (UTC+04:00)

...Müğənni Yolka (əsl adı Yelizaveta İvantsiv-A.B.) Ukrayna vətəndaşlığından imtina etmək qərarına gəlib və Rusiya pasportu alıb.

Sənəd müğənniyə toyundan bir müddət əvvəl təqdim edilib. SİA xəbər verir ki, Telegram kanalı Mash-ın məlumatına görə, Ujqorod sakini Rusiya Federasiyasında sənədlərlə və bizneslə bağlı problemlərə görə Rusiya vətəndaşlığına müraciət edib.

İddia olunur ki, onun Ukrayna pasportunun müddəti bitib və mövcud siyasi vəziyyətə görə onu yeniləmək mümkün olmayıb.

Bu da öz növbəsində köhnəlmiş sənədlərə görə Rusiyadakı şirkətinin bağlanmasına səbəb olub.

Mövcud məlumata görə, müğənni əslən Odessadan olan musiqiçi Rojden Anusi ilə evlənib. Telegram kanalı iddia edir ki, o, Rusiya pasportunu toydan bir müddət əvvəl alıb. Hazırda müğənninin özündən bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Qeyd etmək lazımdır ki, bir gün əvvəl şəxsi həyatı ilə tanınan Yolka nişan üzüyünü nümayiş etdirib. O, həmçinin yeni musiqi kompozisiyasını təqdim edən səmimi bir paylaşım edib.

Nazlı Almuradova