"Gəncə" "Şəki"ni məğlub edib

1 Fevral 2026 17:00 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib

SİA-nın məlumatına görə, günün ilk matçında "Gəncə" "Şəki"ni qəbul edib.

A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 95:80.

Günün ikinci görüşündə "Neftçi" NTD ilə üz-üzə gələcək.

Qeyd edək ki, XV turda "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.