"Zaqatala Hotel"də yanğın baş verib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, yanğın hotelin birinci mərtəbəsində yerləşən hamam və sauna otağında qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərlə yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində hotelin hamam və sauna hissəsində 150 kvadratmetr sahənin yanar konstruksiyaları yanıb. Yanğın söndürülən zaman bir nəfər yüngül xəsarət alıb. Həmin şəxsə yerində tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Hazırda hadisə yerində soyutma işləri davam etdirilir. Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.