ABŞ-da Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı demokratlar və respublikaçılar arasında fikir ayrılığı səbəbindən qismən “şatdaun” başlayıb. “Şatdaun” ABŞ hökumətinin maliyyə çatışmazlığı ucbatından federal qurumların fəaliyyətini dayandırması deməkdir.
“Fox News” telekanalının məlumatında deyilir ki, oxşar vəziyyət 2025-ci ilin payızında da baş vermişdi. Həmin vaxt “şatdaun” 43 gün davam etmişdi. ABŞ Prezidenti Donald Tramp müvəqqəti maliyyələşdirmə haqqında qətnaməni imzalayaraq, federal qurumların fəaliyyətini 2026-cı ilin yanvar ayının sonuna qədər uzatmışdı. Bu müddət ərzində qanunvericilərin növbəti ilin büdcəsini razılaşdırmaları gözlənilirdi. Həqiqətən də bəzi qanun layihələri qəbul edildiyindən, qurumlardan bir neçəsi fəaliyyətini davam etdirmişdi.
Mübahisənin əsas kulminasiyası Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi məsələsidir. Demokratlar Minnesota ştatında baş verən hadisələrdən sonra nazirliyin büdcəsinin azaldılmasını tələb edirlər.
Mətləb