Cüdoçularımız beynəlxalq turnirdə bir gündə 7 medal qazandılar

1 Fevral 2026 02:14 (UTC+04:00)

Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnirə start verilib. Belə ki, Vise şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan cüdoçuları uğurlu çıxış edərək, 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar.

Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) turniri gümüş medalla tamamlayıblar. Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə üçüncü pillədə qərarlaşıblar.

Mətləb