Bakıda evdən meyit tapıldı

1 Fevral 2026 00:24 (UTC+04:00)

Bakıda mənzildə meyit tapılıb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Mətləb