"Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

31 Yanvar 2026 18:59 (UTC+04:00)

Misli Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə "Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci görüşündə "Sabah" səfərdə "Zirə" ilə qarşılaşıb. Bu matçda da qonaqlar sevinən tərəf olublar - 3:1.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" liderliyini möhkəmləndirib.

"Zirə" isə 29 xalla 5-ci pillədə qalıb.