Azərbaycan asfalt istehsalını 30 %-dən çox artırıb

31 Yanvar 2026 16:44 (UTC+04:00)

Ötən il Azərbaycanda 209 min ton asfalt istehsal edilib.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 30,4 % çoxdur.

Təkcə 2025-ci ilin dekabr ayında ölkədə 38,6 min ton asfalt istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 24 % azdır.

2024-cü ildə Azərbaycanda 141,8 min ton asfalt istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 15,4 % azdır.