ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib...

31 Yanvar 2026 13:05 (UTC+04:00)

ABŞ İranın Daxili İşlər Naziri İskəndər Momeni və bir neçə başqa şəxsə qarşı sanksiyalar tətbiq edib.

SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi etirazların qanlı şəkildə yatırılması ilə əlaqədar İrana qarşı yeni sanksiyalar elan edib.

Sanksiyalara daxili işlər naziri və beş digər təhlükəsizlik məmuru daxildir.

Siyahıda həmçinin ABŞ-ın İran rejimi adından çirkli pulların yuyulmasında məsul olduğuna inandığı investor Babək Morteza Zanian da var.

Bundan əlavə, ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın şəxslərlə əlaqəli külli miqdarda vəsaiti idarə etdiyinə inandığı iki rəqəmsal aktiv birjasına qarşı sanksiyalar tətbiq edilib.

Əli Babayev