İngiltərənin "Kristal Pelas" klubu "Aston Villa"nın hücumçusu Evan Hessanı icarə əsasında heyətinə cəlb edib.
SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kot-d"İvuar millisinin üzvü cari mövsümün sonuna kimi "Kristal Pelas"da çıxış edəcək. O, 2025/2026 mövsümündə Premyer Liqa və digər turnirlər daxil olmaqla ümumilikdə 21 oyunda iştirak edib və 2 qola imza atıb.
Evan Hessa karyerası ərzində Fransa və İsveçrə klubları olan "Nitsa", "Nant" və "Lozanna"nın da şərəfini qoruyub.