Dövlət Agentliyində kollegiya iclası keçirilib, hərbçilərin döyüş hazırlığının gücləndirilməsi tapşırığı verilib - FOTO

31 Yanvar 2026 10:09 (UTC+04:00)

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

SİA xəbər verir ki, Dövlət Agentliyin rəisi general-mayor Sərdar Səfərov ötən ilin yekunları ilə bağlı çıxış edib.

Kollegiya iclasında hesabat dövründə qurumun struktur bölmələri tərəfindən görülmüş işlərə dair məruzələr dinlənilib, 2026-cı ildə Dövlət Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası, hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlığının daha da gücləndirilməsi istiqamətində atılmalı olan addımlarla bağlı zəruri tapşırıqlar verilib.