Yanvarın 30-da Şabran Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şabran Rayon Təşkilatının, Şabran Şəhər Bələdiyyəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Müzəffər gənclik” adlı bədii-əyləncəli tədbir keçirilib. Tədbirin rəsmi hissəsindən əvvəl Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.
“2 Fevral – Azərbaycan Gəncləri Günü”nün qeyd edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunun yüksəldilməsi məqsədilə keçirilmiş tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənc işçilər, tələbələr və fəal gənclər iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir “TİMAREC” studio kollektivinin əyləncəli musiqi və rəqs çıxışları ilə davam etmiş, sonda isə il ərzində fərqlənən təhsil, səhiyyə, hüquq-mühafizə orqanları və digər sahələrdə çalışan gənclər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.